III Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşdi VİDEO

10:30 - 29 Dekabr 2013

Komandalar ölkəmizə mayın 28-i təşrif buyuracaqlar
 
Artıq ənənəyə çevrilən Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kuboku turniri 29 may – 1 iyun tarixlərində doğma məkanda - Qəbələdə baş tutacaq. 
 
Komandalar ölkəmizə mayın 28-i təşrif buyuracaqlar, iyunun 2-i isə Azərbaycanı tərk edəcəklər. Turnirin bu tarixdə keçirilməsinin başlıca səbəblərindən biri may ayının əvvəllərində əksər ölkələrdə çempionatların final mərhələlərinin keçirilməsidir. Komandaların turnirdə iştirakını təmin etmək məqsədilə bu səbəb diqqətə alınıb. 
 
Turnirin iyun ayında keçirilməməsinin səbəbləri isə sözügedən ayın 12-də dünya çempionatının start götürməsi (həmin müddətdə bütün media və azarkeşlərin diqqəti Dünya Çempionatına yönəlir) və iyun ayından etibarən Qəbələdə turizm mövsümünün açılması ilə bağlıdır. 
 

Xəbər xətti