Millimizin yeni baş məşqçisi:"Əvvəlcə evimizin içərisinə, daha sonra kənara"

13:56 - 29 Dekabr 2013

"Köməkçim Baba Əsgərov olacaq"
 
"Müqavilə imzalamağa bir iki xırda məsələ mane olurdu. onu da federasiya ilə danışıb həll etdik. Artıq rəsmən təyin olundum,başqa heç bir klubdan təklif almamışdım. Federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənə inanıb, 17 yaşlılardan ibarət yığma komandanı mənə tapşırdılar".
 
Bu sözləri Sportal.az-a açıqlamasında 17 yaşlılardan ibarət milli komandanıbn yeni baş məşqçisi Mirbağır isayev bildirib. o, həmçinin millidə ancaq yerli futbolçuların olacağını da dilə gətirib.
 
"Mən "Qəbələ" - "Bakı" matçını canlı olaraq stadiondan izlədim, həqiqətən, şahid oldum ki, əlimizdə yetəri qədər keyfiyyətli material var. Ona görə də, millidə ancaq yerli futbolçulara dəvət göndərəcəm. İlk olaraq evimizin içinə baxmalıyıq, sonra kənara. Köməkçim isə əvvəl də birlikdə işlədiyim Baba Əsgərov olacaq".
Təcrübəli mütəxxəsis federasiya tərəfindəbn qarşısına qoyulan tələblər haqqında da danışıb.
"Federasiya tərəfindən qarşımıza qoyulan ilk tələb yığmanı Avropa çempionatının elit rounduna vəsiqə qazanmaqdır. Əsas məqsəd isə komandanı komanda kimi formalaşdırmaqdır. Mənim qabağıma qoyulan şərt odur ki, mərhələ adlamaqdır. Bu da mənim xoşuma gəlir"

Xəbər xətti