"Sumqayıt" kubokuna qovuşdu FOTO

17:18 - 29 Dekabr 2013

Rəhbərliklə veteranlar görüşüb
 
Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə qalib olan Sumqayıtın veteran futbolçuları arasında görüş keçirilib.
 
Sportal.az xəbər verir ki, Sumqayıtda inşa olunan yeni kompleksdə baş tutan tədbirdə "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev də iştirak edib.
 
Görüş zamanı klub rəhbərliyi ilə veteran futbolçular arasında fikir mübadiləsi aparılıb. Ardınca kubok komandanın kapitanı Fərhad Həsənov tərəfindən klub rəhbərinə təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər xətti