"Komanda" da Qurban Qurbanovu seçdi

01:08 - 30 Dekabr 2013

Baş məşqçi 51 səsdən 48-ni toplayıb
 
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 2013-cü ildə Azərbaycanda “İlin məşqçisi” seçilib.
 
Sportal.az xəbər verir ki, Qurbanov “Komanda” qəzetinin jurtalistlər arasında keçirdiyi sorğuda qalib gəlib. 42 mətbuat orqanını təmsil edən 51 jurnalistin iştirak etdiyi sorğuda, “Qarabağ”ın baş məşqçisi böyük üstünlüklə qalib olub. 51 jurnalistdən 48-i Qurban Qurbanova səs verib.
Qeyd edək ki, Qurbanov 5-ci dəfə keçirilən sorğuda 4-cü dəfə qalib gəlib. 

Xəbər xətti