Levandovski seçimin etdi:"Bavariya", yoxsa "Real"?

23:00 - 30 Dekabr 2013

"Amma hazırda "Borussiya"nın futbolçusuyam"
 
"Borussiya"nın (Dortmund) futbolçusu "Bavariya" ilə razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, bu barədə polşalı jurnalist Mateusz Borek "tvitter" hesabından yazıb.
 
Bazar günü hücumçunu proqramına qonaq edən jurnalist Levandokskidən hansı kluba transfer olunacağı ilə bağlı sual verib. O, isə verilən sualı belə cavablandırıb: "Gələcəkdə "Real" və ya "Bavariya"ya gedəcəyimi bilmirəm. Amma hazırda "Borussiya"nın futbolçusuyam".
 
Ancaq Robertin veriliş başa çatdıqdan sonra jurnalistə "Bavariya"ya transfer olunacağını dediyi bildirilib.
 
Qeyd edək ki, Levandovskinin Münhen təmsilçisi ilə yanvarın 2-i müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti