Muslera haqqında gəzən söz-söhbətlərə son qoyub

00:36 - 31 Dekabr 2013

"Onunla müqavilənin vaxtını uzatdıq"
 
Türkiyənin “Qalatasaray” klubu uruqvaylı qapıçısı Fernando Musleranın başqa kluba keçəcəyi ilə bağlı söz-söhbətlərə son qoyub.
 
Sportal.az xəbər verir ki, klubun idarə heyətinin üzvü Lütfi Arıboğan “Kanaltürk”ə açıqlamasında belə danışıb:
 
“Muslera ilə müqavilənin vaxtını uzatdıq. Sözləşmənin detalları ilə bağlı yaxın vaxtlarda məlumat verəcəyik”.
 
Bununla da onun “Cim-Bom”dan ayrılma şayələri sona yetib. 27 yaşlı qolkiper 2011-ci ildə İtaliya təmsilçisi “Latsio”dan “Qalatasaray”a keçib.
 
 

Xəbər xətti