"Qarabağ" bir braziliyalısı ilə yollarını ayırır

14:50 - 1 Yanvar 2014

Çumbinyo 250 000 avro pul ödəməklə komandadan ayrıla bilər
 
"Qarabağ"ın komandasının braziliyalı yarımmüdafiəçisi Çumbinyo yanvar ayında Ağdam klubundan ayrıla bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
 
Yunanlar Çumbinyonun ölkəmizdən gedəcəyinə dair xəbərləri bir müddət öncə də yaymışdılar. Amma həmin vaxt Ağdam klubunun rəhbərliyi bu xəbərləri təkzib etmiş, Çumbinyonun komandada qalacağını açıqlamışdılar.
 
Son məlumata görə, Çumbinyo "Atromitos"a keçmək istəyir. O, hətta bunun üçün ağdamlılara 250 000 avro pul ödəməyə də hazırdı ki, tərəflər arasındakı müqaviləyə vaxtından öncə xitam verilsin. Məlumatda Çumbinyonun Yunanıstan klubu ilə 1.5 illik müqavilə barədə razılığa gəldiyi də bildirilir.
 

Xəbər xətti