"Qəbələ" və "Qarabağ" Antalyada "Spartak"la qarşılaşacaq

12:11 - 2 Yanvar 2014

Klublarımız yoldaşlıq matçları keçirəcək

 

"Qəbələ"nin Antalyadakı təlim-məşq toplanışı zamanı yoldaş matçında üz-üzə gələcəyi daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisi Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşacaq. "Qəbələ"dən başqa digər klubumuz Ağdamın "Qarabağ" klubu da bu komanda ilə hazırlıq oyunu keçirəcək.  "Qarabağ"ın "Spartak"la matçı yanvarın 23-ə təsadüf edəcək.

Xəbər xətti