Messi qayıtdı FOTO

09:14 - 3 Yanvar 2014

Ulduz futbolçu məşqlərə başlayıb
 
Noyabrın əvvəlində "Betis"lə görüşdə zədələnən "Barselona"nın ulduz futbolçusu Lionel Messi bir müddətlik fasilədən sonra yenidən komandası ilə məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, argentinalı forvard ötən gün Kataloniya təmsilçisinin axşam məşqində iştirak edib. 
 
Əgər baş məşqçi Xerardo Martino şans verərsə, Messinin adı yanvarın 5-də oynanılacaq “Elçe”ylə oyunun ilk “18-liy"inə salınacaq. Onun start heyətdə olmasa da, sonradan oyuna daxil olacağı gözlənilir.
 

Xəbər xətti