"Bertuççiyə rəsmi təklif gəldi, "Neftçi" icazə vermədi"

17:20 - 3 Yanvar 2014

Gündüz Abbaszadə:"Futbolçunun menecerinə tapşırdıq ki, bu məsələni may ayına kimi bağlasın"
 
Son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də "Neftçi"nin braziliyalı legioneri Bruno Bertuççinin "Neftçi"dəki taleyi ilə bağlı idi.
 
 
Bu məsələ haqqında son vəziyyəti klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqladı:
 
"Bəli, Bertuççiyə rəsmi təkliflər gəlmişdi. Klubların adını açıqlamaq istəmirəm, amma onu deyə bilərəm ki, bu Azərbaycan klubları deyildi. Təkliflər gəlsə də, "Neftçi" klubu futbolçuya icazə vermədi. Səbəb isə Slavik Alxasovun "Xəzər Lənkəran"a keçməsindən sonra həmin mövqedə futbolçu çatışmazlığı olması idi. Biz də futbolçunun menecerinə bu məsələni may ayına kimi bağlamasını tapşırdıq"

Xəbər xətti