"Neftçi"nin yeni transferi Bakıya gəlir

01:55 - 4 Yanvar 2014

"Onlarla 4 illik müqavilə imzalayacağam"
 
"Neftçi"nin transfer etmək istədiyi Luis Karlos Ruisin paytaxt klubuna keçidi rəsmiləşmək üzrədir.
 
Sportal.az xəbər verir ki, bu barədə açıqlama verən futbolçu gələn həftənin ilk günündə Bakıya gələcəyini və "ağ-qaralar"ın toplanışına qatılacağını açıqlayıb.
"Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam".
 
26 yaşlı hücumçu karyerasının böyük hissəsini Kolumbiyanın "Junior" klubunda keçirib. O, son mövsümdə 37 oyuna 18 qol vurub.

Xəbər xətti