Raul:"Mənə gələndə bütün sular quruyur" MÜSAHİBƏ

12:01 - 4 Yanvar 2014

"Məqsədim əvəzedici heyətdə oynamaq deyil"
 
"Bakı"nın gənc hücumçusu Raul Yaqubzadənin Sportal.az-a müsahibəsi:
 
- Son günlərdə adın "Xəzər Lənkəran"la hallanır...
- Mənə gələndə bütün sular quruyur (gülür). Toşak baş məşqçi postunda olanda təklif gəlmişdi, lakin o, vəzifəsindən getdikdən sonra bu məsələ bağlandı. Əgər o, getməsəydi, indi komandanın əsas heyətində oynayardım. Hələlik tam dəqiq bir şey yoxdur.
 
- Bildiyimiz qədər qış fasiləsində də "XL"dən təklif almısan?
- Xəbərim yoxdur, sadəcə cənub klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi ilə görüşmüşəm. O da məni əvəzedici heyətə transfer etmək istəyir.
 
- Bəs özün bölgə təmsilçisinin əvəzedicilərində oynamaq istəyirsən?
- Mənim məqsədim əvəzedici heyətdə oynamaq deyil axı. Elə “Bakı”da da əvəzedici heyətdə oynayıram. Məqsədim əsas komandada oynamaqdır.
 
- “Bakı”da işlərin necə gedir? Pantiçlə əsas komandaya qayıtmaq barəsində söhbətin olub?
- Şükür, indi vəziyyətim yaxşıdır. Ancaq zədələr mənə istədiyim oyunu göstərməyə mane olur. 2 aydan çox idi ki, komanda ilə məşq etmədim, ikinci dövrədə heç bir oyunda oynamamışam. İndi hamı istirahətdədir. Mən fərdi məşqlər edirəm ki, əvvəlki formamı geri qaytarım. Pantiçlə yay toplanışında bir yerdə olmuşam., onda da heç bir söhbətim olmayıb.
 
- Qış fasiləsində əsas heyətlə İspaniyaya yollanacaqsan?
- Heyif ki yox. Nəzərdə var idi, ancaq zədə imkan vermədi. Hələ ki, mənə səbr etmək qalır. İndi 3-cü dövrəyə hazırlaşıram.
 
Yusif HÜSEYN

Xəbər xətti