Elnur Allahverdiyev "Qəbələ"də qaldı

17:27 - 4 Yanvar 2014

Futbolçu daha 6 ay əyalət təmsilçisində çıxış edəcək

 

"Xəzər Lənkəran"ın "Qəbələ"yə icarə verdiyi futbolçu Elnur Allahverdiyevlə bağlı yeni xəbər ortaya çıxıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə futolçu müqaviləsi başa çatdığı üçün "Xəzər Lənkəran"a qayıtmalı idi. Amma Elnur Allahverdiyev  "Xəzər Lənkəran"a hələ də geri dönməyib. Bu gün Allahverdiyev komanda ilə Antalyaya yola düşməyib.  Araşdırdığımız məlumata görə futbolçunun atası "Xəzər Lənkəran" rəhbərliyi ilə danışıqlar aparıb və Allahverdiyevin daha 6 ay "Qəbələ"də oynamasına razılıq verilib.

 

Qeyd edək ki, bu məsələyə yaxın iki gün ərzində tam aydınlıq gələcək.

Xəbər xətti