Yunanıstan - Azərbaycan 1:1 VİDEO

01:30 - 5 Yanvar 2014

Millimiz bir xalla başladı
 
Azərbaycan millisi FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə ilk görüşünə çıxıb.
 
Sportal.az xəbər verir ki, 1996-97-ci il təvəllüldü futbolçular arasında keçirilən yarışda komandamız Yunanıstan millisi ilə qarşılaşıb.
 
Nikolay Adamın başçılıq etdiyi yığmamız ilə heç-heçə ilə başlayıb. Belə ki, komandamız Elnur Cəfərovun 44-cü dəqiqədə vurduğu dəqiq zərbə ilə hesabı açıb. Bundan 36 dəqiqə sonra yunanlar azlıqda qalmalarına baxmayaraq, ikinci hissəyə əlavə olunmuş 7-ci dəqiqədə bərabərlik topunu vura biliblər. 

Xəbər xətti