"Borussiya"nın növbəti futbolçusu "Bavariya"da

01:43 - 5 Yanvar 2014

Levandovski yayda klubundan ayrılır
 
"Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovski bu mövsüm başa çatdıqdan sonra "Bavariya"da çıxış edəcək. 
 
"Bild" qəzetinin verdiyi xəbərə görə, polşalı hücumçu tibbi müayinədən keçərək Münhen təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. 
 
Levandovski yayda azad agent olacağından bu transfer üçün "Bavariya" təzminat qiyməti ödəməyib. 
 
Münhen klubu Levandovskini ötən mövsümdən transfer etmək istəyirdi. Ancaq "Borussiya" buna icazə verməmişdi.

Xəbər xətti