Daha bir klubumuz ölkəni tərk etdi

23:48 - 5 Yanvar 2014

"Xəzər Lənkəran"dan sonra "Qəbələ"
 
"Qəbələ" klubu bu gün təlim-məşq toplanışı keçmək məqsədi ilə Türkiyənin Antalya şəhərinə yollanıb.
 
Sportal.az xəbər verir ki,, komanda toplanış boyunca Bələk bölgəsində yerləşən "Gloria Sereniti" otelində məskunlaşacaq.  
 
"Qəbələ" toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. "Qırmızı-qaralar"ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidir:
 
 
13 yanvar - "Qəbələ" - "Tobol" (Qazaxıstan)
16 yanvar - "Konyaspor" (Türkiyə) - "Qəbələ"
20 yanvar - "Qəbələ" - "Spartak" Semipalatinsk (Qazaxıstan)
22 yanvar - "Qəbələ" - "Volqa" (Rusiya)

Xəbər xətti