"Beşiktaş"ın futbolçusu bıçaqlandı

00:48 - 6 Yanvar 2014

Sezer Öztürk xəstəxanaya düşdü
 
"Beşiktaş"ın futbolçusu Sezer Öztürk xoşagəlməz olayın iştirakçısı olub.
 
Sportal.az xəbər verir ki, qış fasiləsində istirahət üçün Almaniyaya gedən 28 yaşlı oyunçu dostları ilə birgə getdiyi gecə klubunda silahlı hücuma məruz qalıb.
 
Qapıdakı nəzarətçilərlə dava zamanı bıçaq zərbələri alan Sezer xəstəxanaya aparılıb. İlkin müayinədən sonra futbolçunun vəziyyətinin elə də ciddi olmadığı müəyyənləşib.

Xəbər xətti