"Futbolda qələbəni qol vuran qazanır"

18:02 - 6 Yanvar 2014

Miroslav Soukup: "Nə qədər çətin olsa da, qol vurmağı bacardıq"
 
"Azərbaycan yığmasının turnirdəki ilk oyununu izləmişdik. Yaxşı müdafiə və hücum qurmaq baxımından təhlükəli yarımmüdafiə xəttinə malik komanda olduğunu bilirdik". 
 
Sportal.az xəbər verir ki, bu sözləri 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Çexiya yığmasının baş məşqçisi Miroslav Soukup millimizlə oyundan sonra deyib.Çexiya millisinin çalışdırıcısı ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıqlarını bildirib:
 
"Nə qədər çətin olsa da, qol vurmağı bacardıq. Futbolda isə qələbəni qol vuran qazanır. Ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıq”.

Xəbər xətti