"Qalatasaray"da yeni transferlər olacaq

00:40 - 7 Yanvar 2014

"Baş məşqçi Mançinin bizə transfer olunmalı oyunçuların siyahısını verd"
 
Ünal Aysal "Qalatasaray"ın transfer məsələləri barədə mətbuata açıqlama verib.
 
Sportal.az xəbər verir ki, başkan "Qremio"nun (Braziliya) futbolçusu Aleks Telles və "Qrassxoper"in (İsveçrə)  oyunçusu İzet Hayroviçin transfer məsələlərində sona yaxınlaşdığını bildirib:
 
"Baş məşqçi Mançinin bizə transfer olunmalı oyunçuların siyahısını verdi. Hər mövqeyə 3-4 oyunçu məsləhət gördü və seçim etməyi bizim ixtiyarımıza buraxdı. Baş məşqçimiz Tellesi çox bəyənmişdi. Böyük ehtimalla bu transferi bu gün KAP-a bildirəcəyik. Hayroviçin də transferini bu axşam açıqlayacağıq".

Xəbər xətti