Ronaldo: "Qollarımı Eysebioya həsr edirəm" VİDEO

17:01 - 7 Yanvar 2014

"Rəqib ilk hissədə qapısının qarşısında sanki avtobus saxlatdırmışdı"
 
"Real " klubunun hücumçusu Kriştianu Ronaldo dünən "Selta Viqo" (3:0)  ilə oyundan sonra fikirlərini bölüşüb. 
 
Sportal.az xəbər verir ki, Ronaldo qollarını Eysebioya həsr etdiyini bildirib.
 
"Matç çox çətin alındı, rəqib ilk hissədə qapısının qarşısında sanki avtobus saxlatdırmışdı. 2-ci hissədə oyunumuz bir az yaxşı alınmağa başladı. Beyl ilə Xesenin oyuna daxil olması matçda dəyişiklik yaratdı. İkisi də əla oynadılar, ikisini də təbrik etmək istəyirəm. 
 
Biz daha da artırmalıyıq. Mövsüm uzundur və biz rəqiblərimizə çatıb sonra onları keçmək istəyirik. Mənim üçün fərqi yoxdur, "Atletiko" - "Barselona" matçında kim qalib gələcək, onsuz da ikisindən biri xal itirəcək. Amma buna baxmayaraq, biz oyunlarımızda qələbə qazanmalıyıq. 
 
Meydanda azarkeşlərin və İspaniyanın Eysebioya verdiyi hörməti mən yüksək qiymətləndirirəm. Biz çox yaxın idik. O mənə çox kömək edirdi. Əlbəttə, matçda vurduğum qolları ona həsr edirəm".
 


 

Xəbər xətti