"Araz Naxçıvan"ın futbolçusu 10 gün futbolsuz qalacaq

23:34 - 7 Yanvar 2014

Tahir Əliyev: "Mikayılın vəziyyəti qənaətbəxşdir"
 
Bu gün səhər ayağındakı zədə səbəbindən İstanbula yola düşən futbolçumuz Mikayıl Rəhimovun vəziyyəti olduqca qənaətbəxşdir.
 
“Səhər saatlarında Mikayılla birgə İstanbula uçduq. Vaxt itirmədən futbolçumuzu həkim müayinəsindən keçirdik”
 
Sportal.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın rəsmi facebook səhifəsi üçün açıqlamasında komandanın meneceri Tahir Əliyev bildirib. Həmçinin menecerimiz qeyd edib ki, həkimin rəyinə əsasən müdafiəçimizin müalicəsi qısa zaman kəsiyində yaxşılığa doğru irəliləyəcək. Seansların ən azı bir həftə davam edəcəyini nəzərimizə çatdıran Tahir Əliyev 10 gün sonra Mikayılı yaşıl meydanlarda görə biləcəyimizi də vurğulayıb. Mikayılın da futbolsuz darıxdığını bildirən menecerimiz qeyd edib ki, futbolçumuz da daha tez meydana dönmək və öz oyunu ilə azarkeşlərimizi sevindirmək istəyir.

Xəbər xətti