Kalonas od püskürdü: "Əfran əvvəl öz davranışına fikir versin, sonra başqasına"

16:12 - 9 Yanvar 2014

"Bakı" ilə münasibətlərimə aydınlıq gələndən sonra seçimimi edəcəm"

 

"Hələ "Bakı"da qalıb-qalmayacağım məlum deyil. Düzdür, təlim-məşq toplanışına getmirəm. Bu haqda mənə məlumat veriblər. Klubla may ayına kimi müqaviləm var. İki gün ərzində məsələyə aydınlıq gələcək. Azərbaycandan və başqa ölkələrdən ciddi təkliflər var. "Bakı" ilə münasibətlərimə aydınlıq gələndən sonra seçimimi edəcəm. Pantiçlə hələ görüşməmişəm. Yəqin ki, baş məşqçi ilə görüşdən sonra bu məsələ öz həllini tapacaq."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"da qalıb-qalmayacağı məlum olmayan Litva millisinin aparıcı üzvü Mindauqas Kalonas deyib. Kalonas Rauf Əliyev və Əfran İsmayılovla arasında olan münasibətə belə aydınlıq gətirib:

 

"Düzdür, məşqlərin birində Rauf Əliyevlə mübahisə etdim. Bu hər bir komandada baş verə bilər. Bunun da səbəbi komanda yoldaşım sürüşmə fəndindən istifadə edərək ayağıma zərbə endirdi. Aramızda kiçik mübahisə yaşandı. Belə hadisələrə şişirtməyi xoşlamıram. Olan olub, keçən keçib. Əfran İsmayılovun mənim haqqımda dedikləri isə həqiqətə uyğun deyil. Bu vaxta qədər hansı komandada oynamışamsa, heç vaxt nizam-intizamı pozmamışam. Ümumiyyətlə komanda yoldaşlarımla münasibətim çox yaxşıdır. Əfran İsmayılova isə cavabım belədir: Əvvəl o, öz davranışına fikir versin, sonra başqasında nəsə axtarsın. Hələ onu demək olmaz ki, onu "Qarabağ"dan niyə göndəriblər. "Bakı"da çıxış edən hər bir futbolçu ilə yaxşı münasibətim var. Əgər onlardan hər hansı biri mənim xarakterimə irad tutarsa, deməli günah mənim özümdədir. Bunu komandada oynayan hər bir futbolçudan soruşa bilərsiniz."

Xəbər xətti