"Qarabağ" test verdi

17:06 - 9 Yanvar 2014

İkinci məşq fitness salonunda baş tutacaq
 
Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ"  bu gün səhər çalışmasına yerli vaxtla saat 11:00-da çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın səhər çalışmasında ənənəvi olaraq laktat testi həyata keçirilib. 
 
Türkiyənin Niğde universitetindən gəlmiş xüsusi qrup futbolçulardan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. Emin Süelin başçılıq etdiyi qrup müəyyənləşdirilmiş ərazidə futbolçuların qaçışla nəbzi arasında yaranmış təsbitə əsasən ümumi analitik ölçülər haqqında bilgilər əldə ediblər. "Qarabağ"ın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub. Çalışma fitness salonunda baş tutacaq.

Xəbər xətti