"İnter"in direktoru komandanı tək qoymadı

01:57 - 10 Yanvar 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Türkiyədə  təlim-məşq toplanışında olan Bakının "İnter" klubu hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, toplanışın 4-cü günündə də komanda iki dəfə məşq edib. 
 
Səhər komanda müxtəlif məsafələrə qaçış həyata keçirib. Axşam saat 17:00-da başlayan məşqə isinmə hərəkətlərlə start verilib, daha sonra futbolçular fiziki hərəkətləri yerinə yetiriblər və iki şərti komandaya bölünərək futbol oynayıblar.  
 
Qeyd edək ki, "İnter" komandasının baş direktoru Natiq Məmmədov da artıq Türkiyədədir və ötən gün keçirilən hər iki məşq prosesini izləyib. Məşqdən əvvəl N.Məmmədov komanda üzvlərinə çalışmalarında uğurlar arzulayıb.

Xəbər xətti