Daha bir futbolçumuz Türkiyə yolunda

14:52 - 10 Yanvar 2014

Nurlan Novruzov "Fəthiyəspor"a keçə bilər
 
"Bakı"nın hücumçusu Nurlan Novruzov Türkiyə klubuna keçir.
 
Sportal.az xəbər verir ki, gənc forvardın xidmətində "Fəthiyəspor" maraqlıdı.
 
PTT 1-ci Liqada çıxış edən bu klub futbolçumuzla 2 illik müqavilə imzalamağa hazırlaşır. Tərəflərin bu gün rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Novruzov mövsümün əvvəlindən "Sumqayıt"da icarə əsasında oynayırdı. "Fəthiyəspor"da daha bir azərbaycanlı futbolçunun - Davud Kəriminin top qovduğunu da qeyd edək.

Xəbər xətti