"İnter" "İnter"i darmadağın etdi

15:00 - 10 Yanvar 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, ayın 5-də bir araya gələn Rüstəm Əliyevin yetirmələri gündə iki dəfə məşqə çıxırlar. Bu gün isə komandamız toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxıb. "İnter"in U-19 komandasıyla üz-üzə gələn əvəzedicilər bu matçda inamlı qələbə qazanıb-5:1. Komandanın heyətində Bilal Qənbərov iki qolla yadda qalıb, digər topları isə rəqibin qapısından Elnur Süleymanov, İlkin Sadiqov və Nəriman Hüseynov keçiriblər.
 
Qeyd edək ki, əvəzedici komandamız toplanış çərçivəsində daha 3 yoxlama oyun keçirəcək.

Xəbər xətti