"Sumqayıt"da növbəti təyinat

23:35 - 10 Yanvar 2014

Hikmət Hüseynov əvəzedici komandada
 
"Sumqayıt" futbol klubunda növbəti təyinat rəsmiləşib.
 
Sportal.az xəbər verir ki, Ağamusa Bağırovun akademiyanın baş koordinatoru vəzifəsinə təyin olunmasından sonra əvəzedici komandada Vaqif Paşayevin köməkçisi vəzifəsinə Hikmət Hüseynov gətirilib.
 
Qeyd edək ki, A kateqoriyalı çalışdırıcı bundan əvvəl "Sumqayıt" FK-nın U-14 komandasına rəhbərlik edib.

Xəbər xətti