"Qəbələ" yenə darmadağın oldu

17:15 - 11 Yanvar 2014

"Seltik" üç qolla sevindi
 
"Qəbələ"nin 17 yaşlılardan ibarət komandasının Türkiyə toplanışı davam edir.
 
Sportal.az xəbər verir ki, U-17 artıq qardaş ölkədə ikinci sınaq matçına çıxıb.
 
"Qəbələ" bu dəfə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Görüş şotlandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Qəbələ" bundan öncəki oyununda da Şotlandiyanın digər klubuna - "Hibernian"a 5 cavabsız qolla uduzmuşdu.

Xəbər xətti