"Kasımpaşa" - "Beşiktaş" oyunu yenidən keçiriləcək

13:28 - 13 Yanvar 2014

Səbəb ciddi qayda pozuntusunun olmasıdır
 
Türkiyə Futbol Federasiyası "Kasımpaşa" - "Beşiktaş" matçı ilə bağlı qərarını açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, federasiya oyunda kobud qayda pozuntusu olduğundan, matçın təkrar oynanılmasına qərar verib. TFF oyunun keçiriləcəyi tarixi sonra açıqlayacaq. Belə olan halda, həmin oyunda "Kasımpaşa"nın əldə etdiyi 3 xal da silinmiş oldu. Oyun 2-1 hesabı ilə başa çatmışdı.
 
Qeyd edək ki, bu oyunda müdafiəçi oyun zamanı başqa topdan istifadə edərək təhlükəli hücumun qarşısını almışdı.

Xəbər xətti