"Qəbələ" "Tobol"u məğlub etdi

19:27 - 13 Yanvar 2014

"Qırmızı-qaralar" Qazaxıstan təmsilçisinə şans vermədi

 

Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci sınaq oyununu keçirib.

 

Sportal.az xəbər verir ki,  "Qırmızı-qaralar" Qazaxıstan təmsilçisi "Tobol"la yoxlama oyunu keçirib.

 

Matç ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18 dəqiqədə Daniel Subotiçin, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib.

 
İkinci hissəyə fərqli heyətlə çıxan "Qəbələ" yenə topa nəzarət edən tərəf olsa da, fərqlənməyi bacarmayıb. Əvəzində Qazaxıstan təmsilçisi 90-cı dəqiqədə penalti zərbəsindən hesab arasında fərqi azaldıb - 2:1. Bu matçda vurulan son qol olub və "Qəbələ" ikinci sınaq oyunundan qələbə ilə ayrılıb.

Xəbər xətti