Foqts "Qəbələ"nin oyununu izlədi FOTO

01:18 - 14 Yanvar 2014

Foqts Türkiyədə bütün məşqçilərlə görüşüb
 
Antalyada  Premyer Liqada çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını izləyib.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis həmçinin “Qəbələ” klubunun baş məşqçisi Yuri Syominlə görüşüb.
 
 
Qeyd edək ki, Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşüb.

Xəbər xətti