BİABIRÇILIQ Foqtsu bəyənənin savadı bundan artıq ola bilməzdi

10:41 - 14 Yanvar 2014

Gəray Qarayev “B” kateqoriyası ala bilmədi

 

İki ay əvvəl AFFA tərəfindən UEFA-nın “B” kateqoriyasını almaq istəyən məşqçilər üçün kurs təşkil olunub. Kursda iştirak edənlər arasında ölkəmizin tanınmış mütəxəssislərindən sayılan Gəray Qarayev də yer alıb.

 

Rəsmən açıqlanmasa da artıq cavablar bəllidi. Təsəvvür edin ki, cavan məşqçilər imtahanları müvəffəqiyyətlə versələr də, Gəray Qarayev kəsilib. O, əksər taprşırıqları düzgün yerinə yetirə bilməyib və Gəray Qarayevin “B” kateqoriyası arzusu ürəyində qalıb.

 

Bəli, bu həmin Gəray Qarayevdi ki, “İdman Azərbaycan” telekanlında efirə gedən “Premyer Liqa” verilişində PRO kateqoriyalı Qurban Qurbanov, 3 çempionluq qazanan Böyükağa Hacıyev kimi məşqçiləri “baltalamaqla” məşğuldur. Adama deyərlər ki, özün nəinki PRO, nəinki A, sən heç “B” kateqoriyasını ala bilmirsən. Ancaq gəlib verilişə camaata “futbol dərsi” keçirsən.

 

Azərbaycan futboluna yaxından bələd olan insanlar bilirlər ki, Foqts hələ də köhnə metodika ilə çalışır, müasir futboldakı yenilikləri öyrənmək istəmir. Adama çap olunmuş vərəqdə yazı gətirəndə deyir ki, get əlyazma gətir. Gəray Qarayev kimilər isə hər vəchlə bizləri inandırmaq istəyir ki, Foqts dahidi. Elə, Gəray Qarayev özü də Foqts kimi “dahidi”. Bir sözlə, Foqtsu bəyənənin savadı bundan artıq ola bilməzdi.

Xəbər xətti