"İnter" oyun saatını gözləyir

08:02 - 15 Yanvar 2014

Komanda bu gün növbəti oyununa çıxacaq
 
"İnter"in Türkiyədəki  təlim-məşq toplanışı davam edir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən gün komanda iki dəfə məşq edib. 
 
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra ötürmələr üzərində çalışıblar. Axşam məşqində isə onlar fiziki hərəkətlərlə yanaşı, xətlərarası əlaqələrin gücləndirilməsini nəzərdə tutan tapşırıqları yerinə yetiriblər. Daha sonra iki şərti komandaya ayrılan oyunçular futbol oynayıblar. 
 
Qeyd edək ki, "İnter" bu gün növbəti yoxlama matçını keçirəcək. "Bankirlər"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.

Xəbər xətti