Aleksandr İaşvili: "Yüz faiz əminəm ki, "İnter" ilk üçlükdə olacaq" MÜSAHİBƏ

14:22 - 15 Yanvar 2014

"Deyəsən, bu məndə alınır"
 
"İnter"in hücumçusu Aleksandr İaşvilinin Sportal.az-a müsahibəsi
 
- Antalyada hazırlıqlarınız necə gedir?
- Hər şey yaxşıdır. Komanda hazırlıqlara çox ciddi hazırlaşır. Burada güclü iş gedir. İnanırıq ki, qarşıdakı iki dövrədə yaxşı oyunlar nümayiş etdirəcəyik.
 
- Öz fiziki hazırlığını necə qiymətləndirirsən?
- Hər bir futbolçu üçün hazırlıq çox vacibdir. Sən burada necə hazırlaşsan, elə də futbol nümayiş etdirəcəksən. Mənim üçün ən vacib amil özümü hazırlıqlarda yaxşı hiss etməkdir. Deyəsən bu məndə alınır.
 
- Məşqdə ən çox nəyə üstünlük verirsiniz?
- Hər şeyə üstünlük veririk.  Ən çox fiziki hazırlığa üstünlük veririk. Biz istəyirik ki, öz oyunumuzu daha da yaxşılaşdıraq və səhvləri minimuma endirə bilək.
 
- Səncə, "İnter"də hansı mövqelərə transfer lazımdır?
- Bu baş məşqçinin qərarıdır. Mənim üçün vacib olanı öz işimdi. İşimi yaxşı görmək istəyirəm ki, komandama əlimdən gələni edim.
 
- Klubun prezidenti Georgi Nikolov deyib ki, "sezonun sonunda "İnter" ilk üçlükdə olmalıdır. Bəs sən necə, bu məqsədə çatmaq olar?
- Əlbəttə, bu bizim məqsədimizdir və bizim gücümüz çatacaq bunu etməyə. Mən 100 faiz əminəm ki, komandam ilk 3-lükdə olacaq.
 
Yusif Hüseyn

Xəbər xətti