"Qarabağ" Uruqvay millisinin futbolçusunu transfer edir VİDEO

14:26 - 15 Yanvar 2014

David Texeyranın keçidinə nə mane olur?
 
"Qarabağ" 2014-cü ildə ilk transferini etməyə çox yaxındır.
 
Sportal.az-ın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, "Qarabağ"da yeni futbolçu peyda olub.
 
Belə ki, Ağdam təmsilçisi Hollandiyanın "Qroningen" klubunda forma geyinən Sezar David Texeyranın heyətinə qatmaq istəyir.
 
Belə getsə, Qurban Qurbanovun bəyəndiyi futbolçunu transfer etmək mümkün olmayacaq. Çünki futbolçu bir il üçün 1 milyon avro istəyir, rəhbərlik isə bununla razılaşmaq istəmir.
 
Qeyd edək ki, 23 yaşlı futbolçu vaxtı ilə 21 yaşlılardan ibarət Uruqvay milli komandasının şərəfini qoruyub.

Xəbər xətti