"Neftçi" Türkiyədə də diqqət mərkəzində

16:00 - 15 Yanvar 2014

Türk jurnalistlər komandanı ziyarət edib
 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədə diqqət mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki, “TRT-Haber” kanalının jurnalistləri klubun məskunlaşdığı oteldə olublar. Onlar yanvarın 18-də “Fənərbaxça” ilə Antalyanın “Mardan” stadionunda keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində komanda haqqında reportaj hazırlayıb və baş məşqçi Böyükağa Hacıyevdən müsahibə götürüblər.

Xəbər xətti