Böyükağa Hacıyev qələbə ilə başladı

22:12 - 15 Yanvar 2014

"Neftçi" 2014-cü ildə ilk qələbəsini qazandı
 
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ilk yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası Albaniyanın "Partizani" klubu ilə qüvvəsini sınayıb.  Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb
 
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşünü yanvarın 18-də "Fənərbaxça"ya qarşı keçirəcək.
 
15 yanvar
Yoxlama oyunu
 
19:00. "Neftçi" (Azərbaycan) - "Partizani" (Albaniya) 2:0 
Qollar: Araz Abdullayev 34  Samir Məsimov, 75

Xəbər xətti