Türkiyə kuboku:"Qalatasaray" 2014-ə qələbə ilə başladı VİDEO

02:00 - 16 Yanvar 2014

"Elazığspor" bir xalla kifayətləndi
 
Türkiyə kubokunda qrup mərhələsinin oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə B qrupunun görüşləri baş tutub.
 
Günün ilk qarşılaşmasında qalib müəyyənləşməyib. Səfərdə "Elazığspor"un qonağı olan "Antalyaspor" rəqibi ilə 1:1 bərabərə qalıb.
 
"Qalatasaray" klubu isə doğma azarkeşləri önündə "Tokatspor"u qəbul edib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn "Cim Bom" qrup mərhələsində liderliyi ələ keçirib.
 
15 yanvar
B qrupu
Türkiyə kuboku
 
"Elazığspor" - "Antalyaspor"  1:1
Qollar: Gürler, 29 - Bassan, 47 
 
"Qalatasaray" - "Tokatspor"  2:0
Qollar: S.İnan, 69-pen , Amrabat, 90

Xəbər xətti