"Neftçi"nin yeni transferi VİDEO

13:56 - 16 Yanvar 2014

"Lokomotiv"nin hücumçusu Samir Məsimov paytaxt klubunda
 
“Neftçi” Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının (U-19) və Moskva “Lokomotiv”inin hücumçusu Samir Məsimovu sıralarına qatıb.
 
Sportal.az xəbər verir ki, hücumçu beş gündür ki, “flaqman”ın heyətindədir.
 
Məsimov komandasının Antalya toplanışı çərçivəsində Albaniyanın “Partizani” komandasına qarşı yoxlama oyununda (2:0) meydana çıxıb komandasının ikinci qolunu vurub. 
 

Xəbər xətti