"Qalatasaray" daha bir transferdə son nöqtəni qoydu FOTO

01:02 - 17 Yanvar 2014

Aleks rəsmən "Cim-bom"lu
 
"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, Türkiyə nəhəngi "Qremio"nun oyunçusu Aleks Tellesi transfer edib. Bu barədə Braziliya klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
 
"Qalatasaray"ın bu transfer üçün qarşı tərəfə 7 milyon avro ödəyəcəyi bildirilir. "Cim Bom"un rəsmi saytı da bu keçidin həll olunduğunu açıqlayıb.
 
21 yaşlı futbolçunun komanda yoldaşları ilə vidalaşdığı və bu gün İstanbulda olacağı qeyd olunub.

Xəbər xətti