"Qarabağ"ın bütün rəqibləri bilindi

08:11 - 17 Yanvar 2014

Komanda 4 oyuna çıxacaq
 
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın hazırlıq çərçivəsində 4 hazırlıq maçına çıxacağına xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, artıq Ağdam klubunun bütün rəqibləri müəyyənləşib.
 
Yanvarın 19-da Ruminiyanın "Dinamo" (Buxarest) klubuyla qarşılaşacaq Qurban Qurbanovun komandası 3 gün sonra Albaniyanın "Flamutari" komandasıyla üz-üzə gələcək. Yanvarın 23-də Qazaxıstan "Spartak"ıyla qarşılaşacaq komanda sonuncu görüşdə yanvarın 25-də Ukrayna "Volın"ı ilə münasibətlərini ayırd edəcək. Yanvarın 26-da isə "Qarabağ" Azərbaycana qayıdacaq.

Xəbər xətti