"İnter"in düşərgəsində "Aktobe" ilə matç öncəsi nələr baş verdi?

00:44 - 18 Yanvar 2014

Komanda hazırlığını davam etdirir
 
Məlumat verdiyimiz kimi, hazırda "İnter" Türkiyədə  təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, bu gün komanda plana uyğun olaraq iki dəfə məşq etdi.
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışdılar.
Axşam məşqindəsə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirdi. Məşq prosesi ikitərəfli oyunun keçirilməsilə başa çatdı.
 
Xatırladaq ki, "İnter" sabah növbəti yoxlama matçını keçirəcək. Təmsilçimizin rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 19.00-da başlayacaq.

Xəbər xətti