"Qəbələ"nin braziliyalısı cəzalandırılıb

12:23 - 18 Yanvar 2014

Leonardo komandaya qoşulub
 
"Qəbələ"nin futbolçusu Leonardo Silvanın komandanın düşərgəsinə qaytımaması barədə xəbər vermişdik. Belə ki, komanda bir neçə gündü Antalyada təlim-məşq toplanışı keçsə də, braziliyalı futbolçu vətənindən təyin olunan vaxtda dönməmişdi. 
 
Sportal.az xəbər verir ki, Leonardo artıq "Qəbələ"nin düşərgəsinə gəlib.  Baş məşqçi Yuri Syominin istəyi ilə klub rəhbərliyi onu intizam qaydalarını pozduğuna görə cərimələyib. Cərimənin məbləği açıqlanmır. 

Xəbər xətti