Millimiz Türkiyə ilə qarşılaşacaq

14:24 - 18 Yanvar 2014

Yığma komandamızın rəqibləri məlum oldu
 
Yanvarın 20-dən etibarən Türkiyənin Manisa bölgəsində "Egey Kuboku" uğrunda mübarizəyə start veriləcək.
 
Sportal.az xəbər verir ki, artıq 15-ci dəfə təşkil olunan bu turnirdə Azərbaycanın 16 yaşlardan ibarət yığma komandası da iştirak edəcək.
 
8 ölkənin 16 yaşlıları yanvarın 25-nə qədər mübarizə aparacaqlar. Yığmalar 2 qrupda yer alıb. Artıq qruplar və oyunların keçirilmə tarixləri bəllidi:
 
A qrupu: Azərbaycan, Türkiyə, Ukrayna, Yunanıstan.
 
B qrupu: Fransa, ABŞ, Norveç, Şotlandiya.
 
Qeyd edək ki, 16 yaşlardan ibarət yığmamız yanvarın 20-də (Yunanıstan - Azərbaycan; 16:30), 21-də (Türkiyə - Azərbaycan; 16:30) və 23-də (Azərbaycan - Ukrayna; 14:00) meydana çıxacaq.
 
Final matçı isə yanvarın 25-də, Bakı vaxtilə 17:00-da "Manisa Atatürk" stadionunda keçiriləcək.

Xəbər xətti