"Neftçi" və "Fənərbaxça" sülhə razılaşdılar

23:57 - 18 Yanvar 2014

Oyun başladığı kimi də bitdi
 
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ikinci yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası Türkiyə Superliqasının hazırkı lideri "Fənərbaxça" ilə qarşılaşıb.
 
Antalyada "Mardan" stadionunda keçirilən oyunda hesab açılmayıb - 0:0.
 
Qeyd edək ki, "Neftçi" Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti