"Xəzər Lənkəran"dan "Neftçi"ni tərifləyən spikerə cavab gecikmədi

12:16 - 19 Yanvar 2014

"Xəzər Lənkəran" əzəli rəqibi kimi istirahətdən gəlib oyuna çıxmamışdı"
 
Dünən yoxlama görüşü ərəfəsində "Neftçi" qardaş ölkə təmsilçisi "Fənərbaxça" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Oyunu şərh edən türk spiker "Neftçi" "Xəzər Lənkəran"dan daha keyfiyyətli bir komandadır" deməsi cənub klubunu özündən çıxarıb. "Xəzər Lənkəran"ın da buna reaksiyası gecikmədi.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu buna cavab olaraq öz "facebook" səhifəsindən bunları paylaşıb:
 
"Fənərbaxça" - "Neftçi" oyununda spikerin nə dediyi mənim üçün önəmli deyil. Ayağı top tutmayan "Fənərbaxça"nın rəqibini spiker istənilən halda öyməli idi. Əsas məqam, heç kim unutmasın ki, "XL" əzəli rəqibi kimi istirahətdən gəlib oyuna çıxmamışdı. Malta, oradan "Makkabi" ilə səfər oyunu, ordan da Lənkərana və meydana çıxan futbolçuların cavab oyununu düşüncəsi. (Oyun "stavka"ya qoyulmuşdudeyən "Fənərbaxça"lı tərəfdarların söyləntilərinə rəğmən "Neftçi" yaxşı oynadı)".

Xəbər xətti