"Qarabağ" qələbə ilə başladı

15:34 - 19 Yanvar 2014

Oyunun taleyini bir qol həll etdi
 
"Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Buxarest “Dinamo”su ilə qarşılaşıb.
 
Oyun Bakı vaxtı ilə 13:30-da başlayıb və "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
“Qarabağ” - “Dinamo” (Buxarest) 1:0
 
Qol: Corc Leroy, 58 

Xəbər xətti