Millimiz 5 qolla qalib gəldi

22:55 - 19 Yanvar 2014

İlk oyunda ilk qələbə
 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, “Antalyaspor” klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesabı ilə qələbə qazanıb. Türkiyə təmsilçisinin qapısına qolları Ümit Sönməz (2 qol), İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov vurub.

Xəbər xətti