"Qəbələ" bu gün "Spartak"la qarşılaşacaq

12:40 - 20 Yanvar 2014

Əyalət təmsilçisi 4-cü oyununa çıxır
 
Antalyadakı hazırlıqlarını davam etdirən “Qəbələ” komandası “Konyaspor” məğlubiyyətini unutmaq istəyir.
 
Sportal.az xəbər verir ki, komanda bu gün Bakı vaxtı ilə saat 19.00 -da növbəti yoxlama matçına çıxacaq.
 
Bu dəfəki rəqib isə Qazaxıstanın “Spartak” klubudur.
 
Məlumat üçün deyək ki, “Spartak” “Qarabağ”la da sınaq matçı keçirəcək.

Xəbər xətti