Millimizin üzvü aşağı dəstədə mübarizə aparacaq

00:33 - 21 Yanvar 2014

Ufuk budak yeni komandasında ilk oyununa da çıxıb
 
Millinin müdafiəçisi Ufuk Budak “Eskişehirspor”u tərk edib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Budak Türkiyənin aşağı liqa təmsilçisi “Qaziantep BB” klubuna keçib.
 
Futbolçunun komandaya şənbə günü qoşulduğu bildirilir. Budak dünən komandasının heyətində çempionatın 20-ci tur oyununda “Adana Demirspor”a qarşı meydana çıxıb və görüş 1:2 hesabı ilə başa çatıb. Budak 90 dəqiqə meydanda mübarizə aparıb.
 

Xəbər xətti